Faydalı məlumatlar

Xərçəng ağrısı


Xərçəng ağrısı nədir?

Xərçəng ağrısı - xərçəng səbəbiylə normal toxumaların məhv olması, qan damarlarının tutulması səbəbiylə qan dövranının pozulması, metastaz səbəbiylə sümük qırıqları, infeksiya, iltihab, şişin sinirlərinə təzyiq, içi boş orqanların və ya müxtəlif kanalların tıxanması səbəbilə meydana gələ bilər. Eləcə də cərrahiyyə, kemoterapiya və radioterapiya kimi xərçəng müalicə üsulları da bədəndə bu növ ağrıların yaranmasına şərait yarada bilər. Xərçəng xəstələrinin 20-50%-də ilk qəbulda, 30-40%-də müalicə zamanı, 75-90%-də irəliləmiş və son mərhələdə görülən ağrılar, xəstə və onların yaxınları üçün ölümün özündən də böyük qorxu mənbəyidir. 

Xərçəng ağrılarının əlamətləri hansılardır?

Xərçəngdən asılı olaraq ağrılar bədənin müxtəlif yerlərində baş verə bilər. Bunlardan biri olan xroniki xərçəng ağrıları insanın bütün həyat keyfiyyətinə təsir edən davamlı ağrı şəklində ola bilər. Digər bir misal olaraq ağrıkəsici qəbul edilməsinə baxmayaraq ani başlayan, qısa müddətli şiddətli şəkildə davam edən ağrılardır. Xəstənin ağrısının mənbəyindən asılı olaraq ağrının növü, şiddəti və müddəti dəyişə bilər.

Xərçəng ağrısı necə müalicə olunur?

Xərçəng ağrısını aradan qaldırmaq üçün ilk növbədə dərmanlar qəbuluna başlanılır. Dərman, Ümumdünya Səhiyyə Təşkilatının addımlı terapiya adlandırdığı sistemə uyğun olaraq, ağrının vəziyyətinə görə zəifdən güclüyə doğru təyin edilir. 

Dərman müalicəsinin qeyri-kafi və ya təsirsiz olduğu hallarda dərmansız müalicə üsullarından da istifadə edilir. Bu vəziyyətdə ağrıya səbəb olan sinirlərin müxtəlif kimyəvi maddələrlə desensibilizasiya edildiyi sinir blokları tətbiq oluna bilər. 

Sinir blokları da ağrıları azaltmaqda müvəffəq deyilsə, onurğa beyninə morfin pompası daxil edilə bilər. Müvafiq olaraq, onurğa beyninə kateter qoyulur və dərinin altına dərmanla doldurulmuş nasos yerləşdirilir, daha sonra nasosla kateter birləşdirilir. Dərinin altında tamamilə qapalı sistem yaradılaraq bu nasos vasitəsilə xəstəyə çox aşağı dozada morfin verilir və ağrılar nəzarət altına alınır.

Online randevu al

Formu doldur

WhatsApp-a yaz

(+994) 50 588 99 24