
Böyrəklərdən qaynaqlanan bir çox xərçəng növü var. "Böyrək hüceyrə xərçəngi" nin ən çox yayılmış növü yetişkinlərdə görülür. Bu xərçəng növü qanı süzən və sidik istehsal edən böyrək toxumalarından yaranır.
Ancaq unutmaq olmaz ki, böyrək xərçənginin erkən mərhələlərində heç bir simptom olmaya bilər. Bu səbəbdən həkimə müraciət etmək üçün yuxarıda göstərilən simptomların görünməsini gözləmək olmaz. Çünki erkən mərhələdə diaqnozu qoyulan böyrək xərçənglərinin müalicəsinin müvəffəqiyyəti və buna paralel olaraq müalicədən sonra gözlənilən yaşam müddəti də çox daha ümidvericidir.
Simptomlar hansılardır?
Böyrək xərçəngi çox vaxt erkən mərhələlərdə heç bir simptom və ya şikayətə səbəb olmur.Böyrək xərçənginin böyüməsi ilə bəzi simptomlar meydana gələ bilər.
Bunlar; sidikdə qan, görünən qanaxma və ya yalnız sidik analizində görünə bilən mikroskopik qanaxma. Müayinə zamanı böyrək nahiyəsində palpasiya olunan kütlə, iştahsızlıq, arıqlama, təkrarlanan hərarət, davamlı yan ağrılar, ümumi zəiflik və özünü pis hiss etmək, qan təzyiqinin yüksəlməsi, qan dəyərlərinin normadan aşağı düşməsi (anemiya) də böyrək xərçəngi olan xəstələrdə müşahidə oluna bilər.
Lakin bu əlamətlərin böyrək xərçəngindən başqa xəstəliklərdə də müşahidə oluna bilməsi mümkündür. Ona görə də belə şikayətləri olan insanların düzgün diaqnoz və müalicə üçün tez bir zamanda uroloqa müraciət etmələri son dərəcə vacibdir.
Erkən diaqnoz qoymaq mümkündürmü?
Böyrək xərçəngi erkən dövrdə heç bir simptom olmadan gizli şəkildə inkişaf edə bilər. Bu səbəblə müəyyən aralıqlarla həkim nəzarətindən keçməyi laqeyd yanaşılmamalıdır.
Diaqnoz necə qoyulur?
Müayinə zamanı həkiminiz ümumi sağlamlıq vəziyyəti ilə bağlı suallar verəcək və fiziki müayinə keçirəcək, daha sonra ümumi sağlamlığını qiymətləndirmək üçün qan və sidik nümunələri götürəcəkdir. Böyrək və ətrafındakı digər orqanların qiymətləndirilməsi üçün müxtəlif radioloji müayinələrdən də faydalana bilməsi mümkündür. Onların arasında; ultrasəs, IVP (intravenoz pyeloqrafiya), kompüter tomoqrafiyası, MRT kimi müayinələr daxildir. Böyrək xərçənginin ilkin diaqnozu qoyulduqdan sonra həkiminiz xəstəliyin dərəcəsini anlamaq üçün əlavə müayinələr tələb edə bilər.
Xəstəlik necə müalicə olunur?
Böyrək xərçənglərində ilk addım cərrahi üsulla mövcud xərçəng toxumasının tamamilə çıxarılmasıdır. Ancaq unutmaq olmaz ki, cərrahi üsulla tam müalicənin təmin edilməsində xərçəngin dərəcəsi və mərhələsi böyük əhəmiyyət kəsb edir. Erkən aşkarlana bilən böyrək xərçənglərində əməliyyatla tam müalicə olma şansı kifayət qədər yüksəkdir.